Geri qaytarma zəmanəti
"Stella Group" olaraq məqsədimiz sizə yalnız yüksək keyfiyyətli premium mebellər və xidmət təqdim etməkdir. Sifarişlərinizin və alış-verişinizin hər mərhələsində özünüzü əmin hiss etməyiniz üçün aydın və şəffaf qaydalar hazırlamışıq.
Bu səhifədə saytımızdan alınan, həmçinin fərdi sifarişlə hazırlanan mebellərin qaytarılması, zəmanət xidməti və dəyişdirilməsi şərtləri ilə tanış ola bilərsiniz. Komandamız istənilən vəziyyətdə sizə dəstək göstərməyə hazırdır.
İstehsal qüsuru olan məhsulun təmiri və ya dəyişdirilməsi
Bizim məhsullarımız "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna uyğun olaraq zəmanətlə təmin edilir. Mebelin təhvil-təslimi zamanı və ya zəmanət müddətində istehsal (zavod) qüsuru aşkar olunarsa:
+994 50 203 25 25 qaynar xəttinə zəng edərək və ya info@stellagroup.az ünvanına yazaraq qüsur haqqında məlumat verin (şəkil və ya video əlavə edilməsi tövsiyə olunur).
Şirkətin texniki eksperti qüsuru yerində yoxlayacaq.
Əgər istehsal qüsuru təsdiqlənərsə, "Stella Group" problemi ən qısa müddətdə öz hesabına aradan qaldıracaq (qüsurlu hissənin təmiri və ya yenisi ilə əvəz edilməsi).
Qüsurun aradan qaldırılması texniki cəhətdən mümkün deyilsə, məhsul dəyişdiriləcək və ya ödəniş geri qaytarılacaq.
Ödənişin geri qaytarılması yalnız sifariş zamanı istifadə olunan bank kartına həyata keçirilir. Bank qaydalarına əsasən məbləğin hesaba oturması 14 təqvim gününədək çəkə bilər.
Şəxsi istək əsasında geri qaytarma
"Stella Group" premium mebel satışı və fərdi istehsalı ilə məşğul olduğu üçün, fərdi sifariş əsasında hazırlanan bütün məhsullar müştərinin xüsusi ölçüləri, seçdiyi materiallar və fərdi dizaynı əsasında təmin edilir.
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, lazımi keyfiyyətli, alıcının fərdi tələblərinə uyğun olaraq xüsusi hazırlanmış və başqa bir şəxs tərəfindən istifadəsi mümkün olmayan məhsullar şəxsi istək əsasında geri qaytarılmır və dəyişdirilmir.
Fərdi sifariş rəsmi təsdiqlənib istehsala verildikdən sonra ləğv edilə bilməz.
İstifadə olunan terminlər və anlayışlar
Şirkət/Satıcı – "Xproject" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1007568191). Ünvan: 10 Natiq Əliyev, Bakı 1025.
Veb-sayt – "Xproject" MMC tərəfindən idarə olunan stellagroup.az saytı.
Alıcı – Satıcı ilə müqavilə bağlayaraq mebel satın alan və ya fərdi mebel sifariş edən istifadəçi.





