İstifadə şərtləri
Diqqət! Xahiş olunur, www.stellagroup.az (bundan sonra "Veb-sayt") istifadə etməzdən öncə "Saytdan İstifadə Qaydaları" (bundan sonra ismin müvafiq halında "Qaydalar") ilə ətraflı tanış ol. Əgər şərtlərlə razı deyilsənsə, bu halda Veb-saytı tərk edə bilərsən. Əks halda Veb-saytdakı ziyarətin və edəcəyin hər bir hərəkət Qaydalardakı şərtlərlə bütünlüklə razı olduğun anlamına gələcək.
Bu Veb-sayt müəllif hüquqları və əmtəə nişanları ilə qorunur.
İstifadə olunan terminlər və anlayışlar
Şirkət/Satıcı – "Xproject" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1007568191, Ünvan: 10 Natiq Əliyev, Bakı 1025).
Sayt – Premium fərdi mebel istehsalı ilə məşğul olan Şirkətə məxsus stellagroup.az saytı.
İstifadəçi – Sayta daxil olan və bu Qaydalarda göstərilən şərtlərdə istifadə etməyə davam edən yetkinlik yaşına çatmış, fəaliyyət qabiliyyətli şəxs.
Mal/Məhsul – Saytda barəsində məlumat yerləşdirilmiş premium fərdi mebellər, interyer həlləri və digər aksesuarlar.
Sifariş – İstifadəçinin fərdi ölçülər və ya mövcud kataloq əsasında mebelin istehsalı, çatdırılması və quraşdırılması üçün etdiyi müraciət və rəsmiləşdirmə.
1. Ümumi müddəalar
1.1. İstifadəçinin Saytda qeydiyyatdan keçməsi və avtorizasiya edilməsi faktından asılı olmayaraq Saytdan istifadə İstifadəçinin bu İstifadə Qaydaları ilə razılaşdığını bildirir. 1.2. Şəxs (İstifadəçi) stellagroup.az saytına daxil olaraq təminat verir ki, o, yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyətli bir şəxsdir. 1.3. Saytda olan məhsul haqqında yerləşdirilmiş məlumatlar, vizuallar və dizaynlar Şirkətin intellektual mülkiyyətidir. Şirkət İstifadəçilərə əvvəlcədən xəbərdarlıq etmədən istənilən vaxt saytda yerləşdirilmiş məlumatlara dəyişiklik etmək hüququna malikdir. 1.4. İstifadəçi sifarişi rəsmiləşdirərkən qeyd edilən məlumatların düzgünlüyünə cavabdehlik daşıyır və şəxsi məlumatlarının işlənməsinə razılıq verir. Şirkət bu məlumatlardan yalnız sifarişin icrası, çatdırılma, quraşdırma və müştəri məmnuniyyətinin yoxlanılması məqsədilə istifadə edir.
2. Sifarişin rəsmiləşdirilməsi və İstehsal şərtləri
2.1. Stella Group fərdi premium mebel istehsalçısı olduğu üçün məhsullar müştərinin fərdi tələbləri, ölçüləri və seçdiyi materiallar əsasında xüsusi olaraq hazırlanır. 2.2. Sayt üzərindən və ya birbaşa Şirkətlə əlaqə saxlanılaraq verilən sifarişlər, tərəflər arasında dizayn, ölçü və materialların son təsdiqindən sonra istehsala buraxılır. 2.3. İstehsal müddəti sifarişin həcmindən və mürəkkəbliyindən asılı olaraq dəyişə bilər və sifariş təsdiqlənərkən İstifadəçiyə əvvəlcədən bildirilir.
3. Ödəniş Şərtləri
3.1. stellagroup.az saytında və sifarişlərin rəsmiləşdirilməsi zamanı ödənişlər yalnız bank kartı vasitəsilə həyata keçirilir. 3.2. Nağd ödənişlər qəbul edilmir. 3.3. Sifarişin istehsala buraxılması üçün tələb olunan ilkin ödəniş (əgər tətbiq edilirsə) və yekun ödəniş Şirkətin təqdim etdiyi rəsmi nağdsız ödəniş kanalları vasitəsilə icra olunmalıdır.
4. Çatdırılma və Quraşdırma
4.1. Mebellərin çatdırılması və quraşdırılması Şirkətin peşəkar komandası tərəfindən təmin edilir. Çatdırılma vaxtı İstifadəçi ilə əvvəlcədən razılaşdırılır. 4.2. Müəyyən edilmiş ünvana çatdırılma və quraşdırma üçün İstifadəçi aşağıdakı şərtləri təmin etməlidir:
Çatdırılma üçün razılaşdırılmış vaxtda ünvanda olmaq;
Mebelin quraşdırılacağı məkanın əvvəlcədən boşaldılması və hazır vəziyyətə gətirilməsi;
Mebelin hissələrinin keçməsi üçün dəhliz və qapıların kifayət qədər geniş olması (maneəsiz keçid).
4.3. Quraşdırma ustaları məkandakı digər əşyaların (köhnə mebellər, texnika və s.) daşınması və ya otağın təmizlənməsi xidmətlərini həyata keçirmir. 4.4. Quraşdırma tamamlandıqdan sonra İstifadəçi mebelin xarici görünüşünü, tamlığını və keyfiyyətini yerində yoxlayaraq Təhvil-Təslim aktını imzalamalıdır. Akt imzalandıqdan sonra mexaniki zədələrlə bağlı iddialar qəbul edilmir.
5. Sifarişin Ləğvi və Qaytarılma Siyasəti
5.1. Fərdi Sifarişlərin Ləğvi: Məhsullar İstifadəçinin fərdi ölçüləri və xüsusi dizaynı əsasında hazırlandığı üçün, sifariş rəsmi olaraq təsdiqlənib istehsala verildikdən sonra ləğv edilə bilməz. 5.2. Qaytarma Şərtləri: Azərbaycan Respublikasının İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında qanunvericiliyinə əsasən, lazımi keyfiyyətli, fərdi ölçülərlə xüsusi olaraq hazırlanmış və başqa bir şəxs tərəfindən istifadəsi mümkün olmayan mebellər geri qaytarılmır və dəyişdirilmir. 5.3. Əgər təhvil zamanı mebeldə istehsal qüsuru və ya zədə aşkar edilərsə, Şirkət problemi ən qısa müddətdə öz hesabına aradan qaldırmağı (təmir və ya zədəli hissənin yenisi ilə əvəz edilməsi) öhdəsinə götürür.
6. Şikayətlərin İdarə Olunması
Məqsədimiz – müştərilərimizi yüksək keyfiyyətli xidmət və premium məhsullarla təmin etməkdir. Hər hansı bir irad və ya təklifiniz olarsa, bizimlə əlaqə saxlaya bilərsiniz:
Telefon (Qaynar Xətt): +994 50 203 25 25
E-mail: info@stellagroup.az
Ünvan: 10 Natiq Əliyev, Bakı 1025
Şikayətinizə qısa müddətdə baxılacaq və məsələnin obyektiv həlli üçün Sizinlə əlaqə saxlanılacaqdır. İstifadəçi şəxsi məlumatlarının silinməsini e-mail ünvanına yazılı sorğu göndərərək tələb edə bilər.





